AZ

“Sabah” Berlində “Alba” ilə üz-üzə gələcək - FIBA Çempionlar Liqası

Bu gün “Sabah” basketbol komandasının FIBA Çempionlar Liqasının B qrup mərhələsində oyunu baş tutacaq.

"Football-plus.az" xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Almaniyanın paytaxtı Berlində “Alba” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.

Qeyd edək ki, “Sabah” B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə 9 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncü sıradadı.

Seçilən
85
5
football-plus.az

5Mənbələr