Meksikanın paytaxtı Mexiko şəhərindən təxminən 50 kilometr qərbdə kiçik bir təyyarənin qəzaya uğraması nəticəsində ən azı 7 nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, Mexiko Sivil Müdafiə Koordinatoru Adrian Hernandez bildirib ki, Toluka Hava Limanından təxminən 5 kilometr məsafədə təcili eniş etməyə çalışan kiçik təyyarə qəzaya uğrayıb.
Hernandez qeyd edib ki, təyyarədə 8 sərnişin və 2 ekipaj üzvü qeydə alınıb, lakin indiyədək 7 nəfərin cəsədi tapılıb.
Digər tərəfdən, qəzanın səbəbi ilə bağlı araşdırma aparıldığı bildirilib.