Bakı. Trend:
Yerli kapital bazarlarının lider investisiya şirkətiPAŞA Kapital, ölkənin bank sektorunda 15 ildənartıqdır ki, geniş xidmət şəbəkəsi ilə fəaliyyət göstərən"AFB Bank" ASC-yə məxsus istiqrazların qapalıyerləşdirilməsinə start verib.
5 milyon ABŞ dolları həcmində, ümumi sayı50 000 ədəd olan istiqrazların əsasxüsusiyyətləri:
- Nominal dəyər: 100 USD;
- Gəlirlilik faizi: İllik 7.8%;
- Faiz ödənişi: Rüblük;
- Tədavül müddəti: 18 ay;
- Növ: Sənədsiz, adlı, faizli, təminedilməmiş;
- Yerləşdirilmə üsulu: Qapalı
İstiqrazları əldə etmək istəyən həm fiziki, həm də hüquqişəxslər, emissiyanın anderrayteri qismində iştirak edən PAŞAKapital İnvestisiya Şirkətinin 1548 qısa nömrəliÇağrı Mərkəzinə və ya şirkətin Aktiv istiqraz təklifləri veb səhifəsi vasitəsilə müraciətedərək, keçiriləcək hərracda iştirak edə bilərlər.
Qeyd edək ki, Azərbaycan bank sektorunun fəal iştirakçılarındanbiri kimi AFB Bank biznes və fərdi müştərilərə müasir tələblərəcavab verən keyfiyyətli maliyyə xidmətlərini ölkə üzrə 7 filial, 4şöbə və 56 bankomat vasitəsilə təqdim edir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətlərihaqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlayavə ya https://www.pashacapital.az/saytına daxil ola bilərsiniz.