AZ

İnsanların iş dalınca rayonlardan Bakıya gəlişinin sürətini xeyli azaltmaq olar Əli Məsimli

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Prezidentin amnistiya təşəbbüsü Konstitusiya və suverenlik ilində verilmiş çox təqdirəlayiq bir hadisədir".

Redaktor.az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bugünkü iclasında bildirdi.

Millət vəkilinin sözlərinə görə, 2026-cı ilin büdcə zərfi müzakirə olunan zaman aydın şəkildə görüldü ki, 2026-cı ildə və orta perspektivdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft sektoru olacaq:

"Bu kontekstdə qeyd eləmək istəyərdim ki, qeyri-neft sektorunda 2029-cu ilə qədər ümumi daxili məhsulun 80 faizinə çatmaq istiqamətində qoyulan hədəfə nail olmaqdan ötrü, bu istiqamətdə aqrar sahədə, emal sənayesində və turizm sahəsində mövcud potensiallardan optimal şəkildə əlaqələndirilmiş səmərəli bir strategiyanın ortaya qoymaq problemin həllinə böyük kömək edəcəkdir.

Son 10 ilin statistikasına baxsaq, 2016-2023-cü illərdə kənd təsərrüfatının artım tempi ümumi daxili məhsulun artım tempini üstələyib. Deməli kənd təsərrüfatı ümumi daxili məhsulun artım tempinə təkan verib. Amma keçən ildən başlayaraq kənd təsərrüfatının artım tempi ümumi daxili məhsulun artım tempindən aşağı düşüb, bu ilin 11 ayında da 1,1 faiz təşkil eləyib. Deməli təsir göstərmək imkanı azalacaq. Təsadüf təkrar olunmur. İki il təkrar olunubsa, deməli bu çox ciddi bir siqnaldır.

Hesab edirəm ki, kənd təsərrüfatı sahəsində mövcud olan potensialdan düzgün səmərəli istifadə eləməklə biz ölkədə yerli istehsalı əsaslandırılmış şəkildə yenidən qurmaq, ərzaq bolluğunu yaratmaq, bu sahədə çalışan 1,8 milyon nəfərə yaxın insanın və ya bütün məşğul olanların 35 faizindən çoxunun həyat səviyyəsini yüksəltmək, emal sənayesinin xammal bazasını möhkəmləndirmək, ərzaq təhlükəsizliyinin təminatçılığını yüksəltmək, insanların iş dalınca rayonlardan Bakıya gəlişinin sürətini xeyli azaltmaq, bu istiqamətdə mən deyərdim ki, xeyli iş görə bilərik".

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
redaktor.az

2Mənbələr