“Minimum əməkhaqqının və sosial müavinətlərin artırılması vətəndaşların, həmçinin AHİK nümayəndələrinin rifahının yüksəldilməsinə xidmət edir”.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında deyib.
O bildirib ki, bu toplantı təşkilatın fəaliyyətinin daha səmərəli qurulmasına töhfə verir: “Bununla yanaşı, sosial tərəfdaşlığın da sürətləndirilməsinə imkan verir. Nazirlər Kabineti iş yerlərində təhlükəsizlik və sosial müdafiə məsələləri ilə bağlı AHİK-lə birgə fəaliyyət göstərir. 2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Sazişdə ətraf mühit və süni intellektin iş yerlərinə təsiri prioritet istiqamətlərdən biri olacaq”.
"Cebheinfo.az"