AZ

Aİ Ermənistan sazişi revanşistlərə fürsət verir ki, regionda yaratdığımız sülh gündəminə mane olsunlar

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Gələn il Ermənistanda keçiriləcək seçkilər kontekstində biz Erməni Kilsəsinin və Ermənistandakı radikal müxalifət ünsürlərinin sanki bir cəbhədə birləşərək revanşist ideyaları yenidən gündəmə gətirdiklərinin şahidi oluruq. Təbiki bu, çox narahatedicidir, çünki tarixən erməni xalqını ideoloji olaraq zəhərləyən Erməni Kilsəsi yenidən bu istiqamətdə fəaliyyətini aparır və gələn il keçiriləcək seçkilər kontekstində seçicilərə heç bir gələcək vədi vermək imkanı olmayan bu qüvvələr yalnız yenə revanşizm, Azərbaycanla müharibəyə səslənməsi fonunda gündəmi məşğul etmək istəyirlər".

Redaktor.az xəbər verir ki, bunu deputat Tural Gəncəliyev parlamentin bugünkü plenar iclasında bildirdi.

Onun fikrincə, Avropa İttifaqı ilə Ermənistan arasında 2 dekabr tarixində imzalanmış strateji gündəm sənədində də belə fürsətlər revanşistlər və həm Ermənistan radikal diasporu üçün əlavə imkanlar yaradır:

"Təbii ki, Avropa İttifaqı-Ermənistan strateji gündəm sənədində bizim maraqlarımıza zidd olan ifadələr yer almışdır. Qarabağ erməniləri, didərgin düşmüş ermənilər, Dağlıq Qarabağ ifadəsi və bu, yenidən həmin bu revanşistlərə imkan yaradır ki, bu məsələləri gündəmdə saxlasınlar, regionda yaratdığımız sülh gündəminə mane olsunlar.

Azərbaycan-Avropa İttifaqı ilə bağlı məsələyə gəldikdə, Avropa İttifaqındakı dairələr də unutmamalıdırlar ki, Azərbaycan hal-hazırda yeganə bəlkə də unikal bir hadisədir ki, Avropa İttifaqının üzvü olmadan biz Avropa İttifaqının üçdə bir üzv ölkələri ilə strateji əməkdaşlıq sənədi imzalamışıq.

Bu gün elə Avropa İttifaqı üzv ölkələri var ki, rəsmi Brüsseldən daha çox rəsmi Bakı ilə münasibətlərini qurmağa, isti saxlamağa çalışırlar. Elə prezidentin sonuncu Slovakiya səfəri bunun bariz nümunəsidir. Bu gün biz 11 Avropa ölkəsinə neft qaz ixrac edirik. Bunun səkkizi konkret olaraq Avropa İttifaqının üzv ölkələrinə aiddir. Bu gün Vişeqrad qrupu və digər Şərqi Avropa ölkələri ilə çox isti, çox yaxşı münasibətlərimiz var. Tək elə bir nömrəli ticarət tərəfdaşımız İtaliya ilə münasibətlərimiz nəyə desəniz dəyər.

Ermənistanda gedən prosesləri, revanşistlərə qarşı ciddi şəkildə izləməliyik, həm də ki, avropalı həmkarlarımızı daha ehtiyatlı olmağa çağırmalıyam".

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
redaktor.az

2Mənbələr