AZ

Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub – EKSKLÜZİV

Bakı, 16 dekabr, Cavid Əliyev, AZƏRTAC

Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub.

Bu barədə AZƏRTAC-a Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov məlumat verib.

Turnir gələn il oktyabrın 17-18-də Bakı İdman Sarayında təşkil olunacaq.

Qurum rəsmisi turnirin reqlamenti ilə bağlı da danışıb. Onun sözlərinə görə, yarışda 35 ölkənin iştirakı planlaşdırılır: “Bu say daha da çox ola bilər. Çalışacağıq ki, Azərbaycandan hər çəki dərəcəsində idmançının iştirakını təmin edək. Həm yeniyetmələrdə, həm də böyüklərdə idmançılarımızın mübarizə aparmasını istəyirik. Qadınlar və kişilər arasında keçiriləcək çempionatda ən aktual çəki dərəcələri 85, 100, 115 və 115+ və opendir. Eyni zamanda komanda yarışı da təşkil olunacaq”.

Seçilən
116
3
azertag.az

4Mənbələr