AZ

Uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir

Bakı. Trend:

Uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsigenişləndirilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə edilən "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında","Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında","Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və"Standartlaşdırma haqqında" qanunlarda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, səriştəlilik sınaqlarının təşkili üzrətəminatçıların, validasiya orqanlarının və verifikasiyaorqanlarının uyğunluğu qiymətləndirən qurumlar sırasına daxiledilməsi təmin ediləcək.

Bununla əlaqədar qanuna yeni anlayışlar əlavəediləcək:

  • səriştəlilik sınağı – nəticələrini təqdim edənşəxslərin fəaliyyətinin laboratoriyalararası müqayisələr vasitəsiləqiymətləndirilməsi prosesi;
  • validasiya – obyektiv sübutların təqdimedilməsi yolu ilə bəyan edilmiş məlumatın təsdiqi;
  • verifikasiya – qiymətlən-dirmə obyektlərinintexniki normativ hüquqi aktlarda müəyyən edilmiş tələbləri yerinəyetirdiyinə dair təqdim olunmuş sübutlara əsasəntəsdiqlənməsi.

Qeyd edilib ki, qanun layihəsi uyğunluğun qiymətləndirilməsisahəsində akkreditasiya sisteminin təkmilləşdirilməsinə vəbeynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, bununla da akkreditasiyaedilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilənuyğunluq sənədlərinin (müvafiq sertifikatların, sınaq nəticələrininvə s.) beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Seçilən
49
4
az.trend.az

5Mənbələr