AZ

Spiker Gürcüstanın Rusiya ilə münasibətlərin bərpası üçün şərti açıqlayıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan Rusiya ilə münasibətləri bərpa etməyə hazırdır, lakin bunun üçün ilk şərt Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü tanımasıdır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bildirib.

Onun sözlərinə görə, bu şərt münasibətlərin normallaşdırılmasının yeganə yoludur.

“Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və bunun üçün əsas zəmin ərazi bütövlüyümüzün tanınmasıdır”, - Papuaşvili əlavə edib.

Qeyd edək ki, Rusiyanın XİN rəsmisi Mixail Kaluqin Moskvanın Tbilisi ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, “əsas məsələ Gürcüstanın Rusiya əleyhinə oyunlarda istifadə olunmamasıdır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
2
apa.az

3Mənbələr