AZ

Avtobusun iştirakı ilə zəncirvari qəza olub - 5 avtomobil toqquşubFOTO

Naxçıvanda zəncirvari qəza baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin İstiqlal küçəsində qeydə alınıb.

Şəhərdaxili marşrut avtobusu yoldan çıxararaq əvvəlcə "Opel" markalı avtomobillə toqquşub. Sonra avtobus yol kənarında dayanan "NAZ-Lifan", "Toyota" və "Changan" avtomobillərinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, 5 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

  • Avtobusun
  • Avtobusun
  • Avtobusun
  • Avtobusun
  • Avtobusun
Seçilən
63
2
xezerxeber.az

3Mənbələr