AZ

Zelenskinin Ukraynanın NATO-ya üzv olmasından niyə imtina etdiyi açıqlanıb - KİV

ABŞ-nin təhlükəsizlik zəmanətləri müqabilində NATO üzvlüyündən imtina etməyi təklif edən Ukrayna Prezidenti Volodimir Zelenski kompromisə razılaşmadı, sadəcə reallığı qəbul etdi.

Missiya.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Unherd" qəzeti yazı dərc edib.

Mənbənin sözlərinə görə, Zelenskinin təklifi kompromisdən daha çox geosiyasi reallığın qəbul edilməsidir.

Bildirilib ki, Qərbin bütün təntənəli bəyanatlarına və vədlərinə baxmayaraq, NATO-nun qapıları heç vaxt Ukrayna üçün həqiqətən geniş açılmayıb.

Qeyd olunub ki, Ukraynanın alyansa üzvlüyü ilə bağlı texniki çətinliklər var. Bundan əlavə, Rusiyanın bu məsələ ilə bağlı etirazlarını da nəzərdən qaçırmaq olmaz.

Daşqın HəsənovMissiya.Az

Seçilən
102
missiya.az

1Mənbələr