ain.az, Bakivaxti saytına istinadən bildirir.
Milli Məclis dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra tənzimləmələri ilk oxunuşda qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Dövlət qulluğu haqqında" qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, "Dövlət qulluğu haqqında" qanunda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatları tənzimləyən 33.2-ci maddə yeni redaksiyada verilir, dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar qulluğa xitam verilməsi zamanı birdəfəlik haqqın verilməsinə dair mexanizmlər təkmilləşdirilir.
Qanuna əlavə edilən yeni müddəalara əsasən əvvəllər tənzimlənməyən bir sıra münasibətlərə dair (dövlət qulluqçusunun hərbi xidmətə çağırılması ilə əlaqədar və s) yeni hüquqi əsaslar yaradılır, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluqçusunun vərəsələrinə müavinət ödənilməsi, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda ona müavinət ödənilməsi, habelə orta aylıq dövlət məvacibinin məbləğinin müəyyənləşdirilməsi qaydası ilə əlaqədar digər məsələlərin qanunvericilik əsasları müəyyən edilir.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər isə fiziki şəxslərin gəlir vergisindən azad olmasını nəzərdə tutan müddəaların dəqiqləşdirilməsi (dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün), "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişiklik isə məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısının dəqiqləşdirilməsi məqsədi daşıyır və təklif edilən bu dəyişikliklər də eyni xarakterli dəyişikliklərdir.
Qanun layihələri müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Əli Hüseynov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.