ain.az bildirir, Qafqazinfo portalına istinadən.
Dövlət qulluğuna xitam verilməsi ilə bağlı qanuna dəyişiklik olunur.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək. Bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.