Cəmi bir ay əvvəl yeni məşqçiyə güvənən “Fiorentina” yenidən məşqçi axtarışındadır.
Msport.az xəbər verir ki, Paolo Vanolinin klubdan ayrılma ehtimalı yüksəkdir.
Onun yerinə başqa məşqçi axtaran klub rəhbərliyi Tiaqo Mottaya təklif ünvanlayb. Lakin “Bolonya” və “Yuventus”un sabiq çalışdırıcısı belə çətin vəziyyətdə Florensiya təmsilçisini çalışdırmaqdan imtina etdi.
Qeyd edək ki, “Fiorentina” ötən həftəsonu evdə “Verona”ya 1:2 hesabı ilə uduzub. Beləliklə, sözügedən komanda bu mövsüm A Seriyasında hələ qalib gələ bilməyib. “Fiorentina” İtaliya çempionatının növbəti turunda evdə “Udineze” ilə qarşılaşacaq.