AZ

Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır

Bakı. Trend:

Azərbaycanda beynəlxalq ticarət əməliyyatlarınınrəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb.

Trend xəbər verir ki, bubarədə RİNN məlumat yayıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən,Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalqyükdaşıma əməliyyatları ilə bağlı proseslərin rəqəmsallaşdırılması,məlumatların xarici ticarət iştirakçıları ilə aidiyyəti dövlətorqanları arasında real vaxt rejimində inteqrasiyasının təminedilməsi və ölkənin logistika sahəsində rəqabət qabiliyyətinigücləndirmək məqsədilə digər qurumların iştirakı ilə Rəqəmsal Logistika Platforması (DLP –Digital Logistics Platform) yaradılır.

“DLP” – idxal, ixrac və tranzit əməliyyatlarını vahid “elektronbir pəncərə” üzərindən idarə etməyi hədəfləyən innovativplatformadır. Prosedur və fəaliyyətlərin mümkün dərəcədəsadələşdirilməsini ehtiva edən informasiya sistemi ilk növbədəxarici iqtisadi fəaliyyətdə mövcud olan və kağız üzərində aparılançoxsaylı pərakəndə və səmərəsiz proseslərin aradan qaldırılmasını,xarici ticarət iştirakçıları və aidiyyəti dövlət orqanları arasındarəqəmsal mühitdə məlumat mübadiləsinin və inteqrasiyaların təminedilməsini, eləcə də proseslərin xarici ticarət iştirakçıları üçünəlçatan və vahid mərkəzdən idarə oluna bilməsini nəzərdə tutur.

Xarici iqtisadi fəaliyyət çərçivəsində idxal, ixrac və tranzitəməliyyatlarına dair sənədlərin əldə olunması üçün müxtəlifqurumlara ayrıca müraciət tələb olunur ki, bu da həm elektron, həmdə fiziki prosedurların uzanmasına, vaxt itkisinə və eyniməlumatların təkrar təqdim edilməsinə səbəb olur. Bu baxımdan malvə nəqliyyat xidmətlərinin fasiləsiz hərəkətinin təmin olunması,sərhəd-keçid və nəqliyyat prosedurlarının beynəlxalq standartlarauyğunlaşdırılması üçün sadələşdirilmiş, istifadəçi yönümlü, “vahidpəncərə” prinsipi ilə işləyən, qurumların məsuliyyətiniayrı-ayrılıqda müəyyən edən və icra keyfiyyətini, həmçinin sürətiniölçmə imkanı verən bir nəqliyyat-logistika platformasınınyaradılması təxirəsalınmaz tələb idi.

Qeyd olunan çağırışlara uyğun hazırlanacaq DLP informasiyasistemi nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətlərinşəffaflaşdırılması, sadələşdirilməsi, həmin fəaliyyətlərinoperativliyinin, səmərəliliyinin və proqnozlaşdırma keyfiyyətininartırılması, o cümlədən yük axınlarının “ağıllı” idarə edilməsi,daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi vəyükdaşıma müddətlərinin optimallaşdırılması üçün əlaqəliproseslərin və sənəd mübadiləsinin rəqəmsallaşdırılmasını,aidiyyəti dövlət orqanlarının idxal-ixrac və tranzitəməliyyatlarına dair monitorinqlər aparmasını və statistikməlumatların emal olunmasını nəzərdə tutur.

Platforma dörd əsas moduldan ibarətdir:

  • “Ticarət bələdçisi” modulu xarici iqtisadifəaliyyət subyektlərinə məhsul üzrə axtarış zamanı seçilmiş daşımavə əməliyyat növünə (idxal, ixrac, tranzit) uyğun olaraq dövlətqurumlarının tələblərini və icra mərhələlərini addım-addımgöstərir, tələb olunan sənədlər və icraçı qurumlar barəsində təqdimedir.
  • “Ticarət xidmətləri” modulu xarici iqtisadifəaliyyət zamanı tələb olunan sənədlərin vahid elektron müraciətəsasında əldə edilməsini təmin edir.
  • “Rezervasiya modulu” yük sahibləri vədaşıyıcılar arasında körpü rolunu oynayaraq elan yerləşdirmə vəuyğun təklif əsasında tərəfdaşlıq imkanları yaradır.
  • “Hesabatlılıq modulu” istifadəçilərinəməliyyatları əsasında ətraflı analitik hesabatların hazırlanmasınıtəmin edir. Modul məlumat əsaslı qərarvermə, dövlət qurumları üçünçevik hesabatların təqdim olunması kimi üstünlüklərə malikdir.

Platformanın əsas modullarından olan “Ticarət bələdçisi” artıqistifadəyə hazırdır. Modulda məhsul üzrə axtarış zamanı xidmətinrüsumu, icra müddəti və əlaqəli digər məlumatlar, həmçinin daşınmanövü, əməliyyat növünə görə filtrləmə imkanları mövcuddur.

Platformada növbəti aylarda “Ticarət xidmətləri” modulununistifadəyə verilməsi planlaşdırılır. Bu modul çərçivəsində xariciiqtisadi fəaliyyət üçün tələb olunan icazə, lisenziya və digərmüvafiq sənədlərin platforma üzərindən əldə edilməsi nəzərdətutulur.

“DLP” regionda logistika xidmətlərinin rəqəmsallaşdırılmasısahəsində atılan ilk addımlardan biridir və Azərbaycanın beynəlxalqnəqliyyat qovşağı kimi mövqeyini gücləndirəcək. Bu təşəbbüs isəölkədə rəqəmsal transformasiya istiqamətində növbəti mühüm mərhələolacaq.

Platformanın yeniliklərindən vaxtında xəbərdar olmaq və təqdimolunan xidmətlərdən yararlanmaq üçün rəsmi veb-saytı və sosialşəbəkə hesablarını izləyə bilərsiniz:

Seçilən
43
9
az.trend.az

10Mənbələr