ain.az, Axar.az portalına istinadən məlumat verir.
Kupyansk şəhərinin bütün rayonları Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Axar.az xəbər verir ki, bunu “Qərb” qoşun qruplaşmasının mətbuat mərkəzinin rəisi Leonid Şarov deyib.
“Mən “Qərb” qoşun qruplaşmasının 6-cı ümumqoşun ordusunun 68-ci motoatıcı diviziyasının 121-ci motoatıcı alayının ön komandanlıq məntəqəsindəyəm. “Qərb” qoşun qruplaşmasının bölmələri xüsusi hərbi əməliyyat zonasında döyüş tapşırıqlarını yerinə yetirməyə davam edir. Kupyansk şəhəri 6-cı ümumqoşun ordusunun nəzarəti altındadır”, - Şarov bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 2-də çıxışı zamanı Kupyanskın Rusiya qoşunlarının tam nəzarəti altında olduğunu demişdi. Lakin dekabrın 12-də Ukrayna Prezidenti Vladimir Zelenski Kupyansk şəhərinə gedərək hərbçilərlə görüş keçirdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.