AZ

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb

Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam edir. Dekabrın 16-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı rayonunun Seyidbəyli və Təzəbinə kəndlərinə yola salınıb. Bu mərhələdə Təzəbinə kəndinə 10 ailə - 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 41 nəfər köçürülür.

Hafta.az xəbər verir ki, köç karvanı Ağdam rayonunun Dördyol ərazisindən yola salınıb. Uzun illərdən sonra yurdlarına daimi məskunlaşma üçün yola salınan sakinlər qayıdışı böyük sevinc hissi ilə qarşılayıblar.

Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Seçilən
23
14
hafta.az

10Mənbələr