AZ

® İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?

“Coca-Cola” şirkətinin istehsal etdiyi “Bonaqua” Azərbaycanda və beynəlxalq arenada həm istehlakçıların, həm də tərəfdaş qurumların etibarını qazanmış aparıcı içməli su brendlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Brendin artan nüfuzunun əsasını isə müasir texnologiyalara əsaslanan istehsal prosesi, yüksək keyfiyyət standartları, ekoloji məsuliyyət və geniş tərəfdaş şəbəkəsi təşkil edir.

Belə ki, 2025-ci ildə “Bonaqua” suları “Beynəlxalq Dad İnstitutu” tərəfindən təqdim edilən nüfuzlu “Üstün Dad Mükafatı”na layiq görülüb. Bu mükafat bir daha “Bonaqua”nın yalnız dadına deyil, eləcə də istehsal prosesindəki peşəkarlığına görə beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.

“Bonaqua”nın etibarlılığı təkcə istehlakçı rəylərində deyil, eyni zamanda onunla, əməkdaşlıq edən qurumların seçimində də öz əksini tapır. “Şamaxı” FK, “ASAN Könüllülər”, “Nargis” Fondu kimi bir çox nüfuzlu təşkilatlar “Bonaqua”nı rəsmi su tərəfdaşı kimi seçir.

Həkim-diyetoloq, AQTİ-nin eksperti Tutu Zeynalova da bildirir ki, brendin keyfiyyətə davamlı nəzarəti, həmçinin istehsal standartlarına ciddi riayəti onu bazarda etibarlı və təhlükəsiz içməli su brendlərindən biri kimi fərqləndirir:

“Bədənin normal fəaliyyətinin təmini üçün gün ərzində kifayət qədər və keyfiyyətli su qəbulu böyük əhəmiyyət daşıyır. Belə ki, ümumi bədən kütləsinin təxminən 55–70 faizi; beyin, ürək və ağciyərlər kimi həyati orqanların 75–80 faizi; qanın isə 80 faizindən çoxu sudan ibarətdir. Lakin istehlakçılar su seçimində diqqətli olmalıdır. Orqanizmi su ilə təmin etmək üçün hər brendə güvənmək olmaz. Keyfiyyətli, minerallarla zəngin sulara üstünlük verilməlidir. “Bonaqua” gündəlik istifadə üçün rahatlıqla tövsiyə edilə bilən sular sırasına daxildir. Bunun əsas səbəbləri suyun təmiz və etibarlı mənbədən əldə olunması, mineral balansının optimallaşdırılması, keyfiyyət standartlarına uyğunluğudur”, - deyə o diqqətə çatdırıb.

Qeyd edək ki, “Bonaqua” brendi “Coca-Cola” şirkətinin yüksək keyfiyyətli içkilər portfelinə daxildir. Brendin istehsalında müasir texnologiyalarla təmizlənmiş təbii su mənbələrindən istifadə olunur.

Xatırladaq ki, “Coca-Cola” 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.

Seçilən
53
4
azertag.az

5Mənbələr