AZ

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Amnistiya aktı xalqa böyük hədiyyədir – Deputat

Bakı. Trend:

Azərbaycanda elan olunması gözlənilən növbəti amnistiya aktıPrezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli”çərçivəsində xalqa ünvanlanan mühüm və dəyərli bir hədiyyədir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova bildirib.

Deputat qeyd edib ki, sözügedən amnistiya aktı xüsusi əhəmiyyətdaşıyır və xalqımızın tarixində mühüm yer tutan “Konstitusiya vəSuverenlik İli”nə həsr olunması ilə seçilir.

Onun sözlərinə görə, məhz bu səbəbdən amnistiya cəmiyyət üçünikiqat sevinc mənbəyidir.

A.Həsənova bildirib ki, amnistiya aktının Vətən müharibəsində,eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyüuğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmişşəxslərə, həmçinin həmin müharibə və əməliyyatlar zamanı həlakolmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarına şamil edilməsidövlətin şəhidlərin xatirəsinə dərin ehtiramının və müharibəəlillərinə göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Deputat vurğulayıb ki, bu amnistiya şamil olunduğu şəxslərinsayına görə indiyədək qəbul edilən ən genişmiqyaslı aktdır:

“Layihədə Vətən müharibəsində, 2023-cü il sentyabrın 19–20-dəhəyata keçirilmiş antiterror əməliyyatlarında iştirak etmişşəxslərin, bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkindüşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyəqarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin, eləcə dəqadınların, 60 yaşdan yuxarı şəxslərin, cinayət törədərkənyetkinlik yaşına çatmayanların və digər kateqoriyalara aidinsanların cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsinəzərdə tutulur.

Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamilediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdanməhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumunazadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumunazadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və yaşərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayətməsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır”.

A.Həsənova bu addımı böyük humanist təşəbbüs kimi dəyərləndirib.Onun fikrincə, amnistiya aktı minlərlə insanı əhatə etməklə yanaşı,ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir və millihəmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilənardıcıl siyasətin davamıdır. Deputat əlavə edib ki, bu aktın eynizamanda tərbiyəvi mahiyyəti də var: törətdiyi əməldən nəticəçıxaran, peşmançılıq hissi keçirən şəxslərə dövlət tərəfindənbağışlanma imkanı yaradılır.

Sonda deputat amnistiyaya düşən şəxsləri bu humanist qərardandüzgün nəticə çıxarmağa və bundan sonra Azərbaycan Respublikasınınqanunlarına hörmətlə yanaşaraq onlara əməl etməyə çağırıb.

Məqalədə:
Seçilən
85
4
az.trend.az

5Mənbələr