AZ

Mançester Siti onu nişan alıb

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Mançester Siti" onu nişan alıb

"Mançester Siti"nin qış transfer pəncərəsi üçün əsas hədəfi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Premyer Liqa nəhəngi müdafiə xəttini gücləndirməyi planlaşdırır. "Mançester Siti" “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Qexinitransfer etmək qərarına gəlib.

25 yaşlı müdafiəçi özü klubu ilə 30 iyun 2026-cı ilə qədər qüvvədə olan müqaviləsini uzatmaq istəmir və komanda dəyişməyə müsbət yanaşır. “Mançester Siti” isə futbolçunun inkişafını artıq uzun müddətdir izləyir.

Qeyd edilib ki, klub yaxın dövrdə müdafiədə ciddi yenilənməyə hazırlaşır və bu baxımdan Gexi uzunmüddətli perspektiv üçün uyğun variant hesab olunur. 

"Kristal Pelas" futbolçunu azad agent kimi buraxmaq istəmir. London təmsilçisinin onu bu qış "Mançester Siti"yə satacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
qol.az

2Mənbələr