Dekabrın 16-dək ölkə üzrə taxıl səpinini başa çatdıran 249 384 fermer öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, payızlıq əkinlərin bəyan prosesinə bu ilin sentyabrın 1-dən start verilib. Fermerlər tərəfindən EKTİS-ə ümumilikdə 433 573 sənəd yüklənib. Bəyan edilən əkin sahələrinin ümumi həcmi 739 697 hektar təşkil edir.