AZ

Sınaq müddətində özünü doğrultmayan işçilərin işinə bu halda xitam veriləcək

İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydasında dəyişiklik ediləcək.

Modern.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

Qanun layihəsində sözügedən qaydanın qanunvericilikdən çıxarılması təklif edilir.

Həmçinin, sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə həmin müddət ərzində işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə xitam verilə biləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Seçilən
3
5
modern.az

8Mənbələr