AZ

Braziliyalı ulduz 41 yaşında Avropaya qayıtmaq istəyir

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Tanınmış braziliyalı müdafiəçi Tyaqo Silva ilə bağlı maraqlı xəbər var. O, DÇ-2026-da iştirak etmək arzusundadı və bunun üçün hətta mövsümün ikinci dövrəsini iddialı bir Avropa klubunda keçirmək istəyir. Əslində burda qeyri-adi bir şey yoxdu. Sadəcə heyrət doğuran məqam odu ki, Silva bunu 41 yaşında etmək istəyir! Onun son klubu ''Fluminense''di. ''Qlobo Esporte''nin yazdığına inansaq, Tyaqo Silva ''Fluminense''nin Braziliya kubokunun yarimfinalının cavab matçında ''Vasku da Qama''ya penaltilər seriyasında məğlub olmasının ardından komanda yoldaşları ilə vidalaşıb. İddialara görə təcrübəli futbolçu sabiq klubu ''Milan''a qayıtmaq, DÇ-2026-ya yollanmaq və ardından karyerasını bitirmək arzusundadı. Amma A seriyasında çempionluq uğrunda mübarizə aparan ''Milan'' 41 yaşlı bir oyunçunun xidmətində maraqlıdımı? Hərçənd 40 yaşını artıq tamamlayan Luka Modriç ''rossonyerlər''in heyətində heç də pis təsir bağışlamır. Tyaqo Silva kifayət qədər yaxşı formadadı. Braziliyada geridə qalan mövsümdə o, ''Fluminense''nin heyətində 46 rəsmi oyunda iştirak edərək aktivinə 4 qol, 1 məhsuldar ötürmə yazıb. Braziliya yığmasında indiyə qədər 113 oyun keçirən və 7 qol vuran ''sambaçı'' qeyd etdiyimiz klublardan başqa ''Portu'', Moskva ''Dinamo''su, PSJ və ''Çelsi''də də forma geyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
1
icma.az

2Mənbələr