GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Son vaxtlar dələduzlar xüsusilə pensiya alan vətəndaşları hədəf alır”.
Globalinfo.az xəbər verir ki, bu barədə DOST İnnovasiyalar Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bir neçə sadə qaydaya əməl etməklə bu hücumlardan qorunmaq mümkündür.
“Kart nömrənizi, PIN kodu, CVV kodu və SMS-lə gələn təsdiq şifrini heç kimə deməyin. Özünü bank, dövlət qurumu və ya polis kimi təqdim edən zənglərə inanmayın. “Hesabınız bloklanıb”, “pensiyanız artıb”, “pul köçürülməlidir” kimi mesajlara tələsmədən yanaşın. Naməlum mesajdakı linklərə daxil olmayın. Şübhəli zəng və ya mesaj olduqda rəsmi bank nömrəsinə özünüz zəng edin. Telefon və ya mesaj sizi çaşdırırsa, övladlarınızla və ya güvəndiyiniz biri ilə məsləhətləşin”.
Qurum qeyd edib ki, bank və dövlət qurumları heç vaxt telefonla kart məlumatı istəmir.
Günel Cəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.