İranda qadınlar hüquqi və sosial məhdudiyyətlərə baxmayaraq motosiklet sürməyə maraq göstərirlər. Rəngarəng dəbilqələrdə yollara çıxan qadın motosikletçilərin sayının artması ölkədə sosial mənzərəni dəyişir.
Publika.az xəbər verir ki, paytaxt Tehranda qadınlara motosiklet sürməyi öyrədən İran Motosiklet və Avtomobil Federasiyasının üzvü Məryəm Qeliç bildirib ki, məqsədi qadınların bu sahədə də uğurla iştirak edə biləcəyini sübut etməkdir.
O, AFP-yə açıqlamasında qadınlar arasında motosiklet sürməyə marağın artdığını vurğulayıb.
İran İslam Respublikasında qadınların sosial həyatda iştirakına dair müəyyən müasir irəliləyişlər müşahidə olunsa da, motosiklet sürmək üçün qadınlara hələ də rəsmi lisenziya verilmir.