Dekabr ayı Azərbaycan xalqının öz əzəli və əbədi yurd yerlərindən, indiki Ermənistan ərazisindən erməni daşnakları tərəfindən məcburi qovulmaları və didərgin düşmələri ilə də xatırlanır.
Ölkə.Az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, bir əsrdə 4 dəfə deportasiyaya məruz qalmış Qərbi azərbaycanlılarla bağlı ilk dəfə hüquqi-siyasi qiymət də məhz 17 dekabr 1997-ci il tarixində Ulu Öndərimiz Heydər Əliyev tərəfindən imzalanmış Fərmanla verilmişdi:
"Qərbi azərbaycanlılar təkcə qaçqın deyil, onlar həm də beynəlxalq hüququn subyekti olan kütləvi deportasiyanın, etnik təmizləmənin, soyqırımın qurbanlarıdır.
Çox təəssüf ki, eyni motiv və eyni ssenari ilə Krım tatarlarına, Axısqa türklərinə, Bosniya və Herseqovina
əhalisinə qarşı törədilmiş eyni cinayətlərə BMT və bəzi beynəlxalq təşkilatlar tərərəfindən qiymət verilsə də, Qəbi Azərbaycanlılara qarşı törədilmiş insanlığa qarşı cinayətə beynəlxalq təşkilatlar hələ də susqunluq göstərir.
Bu, bir gerçəklikdir ki, möhtərəm Prezident İlham Əliyevin xeyir duası ilə təsis edilmiş QAİ-fəaliyyətinin ilk günündən Qərbi Azərbaycana Qayıdış və onun konsepsiyası Azərbaycan xalqınının vahid ideologiyasına çevrilib.
Bu günlərdə AMEA-nın 80 illik yubileyində dövlətimizin başçısı Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunmasında əsas vəzifələrin dövlətin üzərinə düşdüyünü və eyni zamanda bütün təşkilatların və qurumların da bu işə dəstək vermələrini vurğuladı", - o qeyd edib.
O əlavə edib ki, Qərbi Azərbaycana qayıdışla bağlı deputatlardan ibarət parlament təşəbbüs qrupu yaradılmış və parlamentdə dəfələrlə bu mövzuda dinləmələr keçirilib və bu gün də bu istiqamətdə fəaliyyət davam edir:
"Bu mənada milli qanunvericiliyimizdə mövcud olan müvafiq qanunların deportasiya, etnik təmizləmə və soyqırım qurbanı olan Qərbi azərbaycanlıların hüquqları aspektindən yenidən ekspertizə olunması zəruridir və bu məsələdə sizin dəstəyinizə böyük ehtiyac var. Hesab edirəm ki, MM-in bu sahədə çalışan təcrübəli ekspertlərilə MM-in Qayıdış üzrə Parlament təşəbbüs qrupunun birgə və səmərəli əməkdaşlığı ilə bu problemin hüquqi tənzimlənməsi ilə bağlı çox əhəmiyyətli nəticələr əldə edə bilər".
Mürtəza