AZ

18 yaşlı basketbolçu NBA-da tarixi nəticəyə imza atıb

Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi "Dallas"ın amerikalı forvardı Kuper Fleqq çempionatın tarixinə düşüb.

AzEdu.az xəbər verir ki, o, NBA-da bir oyunda 40-dan çox xal toplayan ilk 18 yaşlı oyunçu olub.

Basketbolçu bunu "Yuta" ilə səfər oyununda 42 xal toplamaqla reallaşdırıb. Qarşılaşma "Yuta"nın əlavə vaxtda 140:133 hesablı qələbəsi ilə başa çatıb.

Hesabında 7 ribaund və 6 ötürmə də olan Fleqq görüşün ən məhsuldar oyunçusu olub.

Seçilən
12
1
azedu.az

2Mənbələr