AZ

Kəmaləddin Heydərov 20 illin hesabatını verdi

"Ötən 20 il ərzində dövlət başçısının qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) müasir texnika ilə təmin olundu. Nazirlik yaradılanda əksər texnika köhnə idi, qısa zamanda nazirliyin texnika bazası müasir avadanlıqla təmin olundu. Ötən illər ərzində 1134 yeni texnika alınıb. Qısa müddətə 9 regional mərkəz istifadəyə verildi. Xüsusi ixtisaslı kadrların hazırlanması məqsədi ilə 2008-ci ildə FHN-in akademiyası yaradılıb".

"Bakuinfo" xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN işçilərinin peşə bayramı günü və nazirliyin yaradılmasının 20 illiyi ilə əlaqədar nazirliyin Akademiyasında təşkil edilən mərasim zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyada söz sahibinə çevrilib:

"Ulu öndərin siyasətini layiqli davam edən Prezident qələbə əzmində olan güclü ordu yaratdı. Ordumuz cəmi 44 gün ərzində 30 ilə yaxın işğalda olan torpaqları azad etdi. Antiterror əməliyyatları nəticəsində dövlət suverenliyi bərpa olundu. Ərazilərimiz sürətlə yenidən qurulur, bu torpaqlara həyat yenidən qurulur".

Kəmaləddin Heydərov əlavə edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə Fövqəladə Hallar Nazirliyi yaradılıb.

K.Heydərov qeyd edib ki, son 20 il ərzində yanğından mühafizə üzrə 80 bina tikilib. Hər il 70 000-ə yaxın obyektə yanğın əleyhinə texniki müayinə keçirilir.

Nazir vurğulayıb ki, bütövlükdə 20 il ərzində ölkə iqtisadiyyatı 3 dəfədən çox böyüdülüb, irimiqyaslı bərpa və quruculuq işləri aparılıb:

"2007-ci ildə 4517, 2024-cü ildə isə 14 856 təbii və texnogen hadisə qeydə alınıb. 2024-cü ildə baş verən fövqəladə hallar zamanı 29 000-ə yaxın zərərçəkmiş, 5700-ə yaxın batma təhlükəsiz altında olan şəxs xilas edilib. 2007-ci ildə təbii və texnogen hadisələr zamanı 132 nəfər, 2024-cü ildə isə bu hadisələr zamanı 83 nəfər həyatını itirib". (Oxu.az)

Seçilən
49
3
bakuinfo.net

4Mənbələr