AZ

18 ildən sonra ilk dəfə

18

Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Premyer Liqanın 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib. "Kəpəz" mövsümün startında ardıcıl 15 görüşü "sülh"süz başa vurub.

Gəncə klubu 3 qələbə qazanıb və 12 dəfə uduzub. Bu, turnirin tarixində 14-cü belə hadisədir.

Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət alan "Gənclik" klubu nəzərə alınmasa, bunadək 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.

Sonuncu belə seriya 18 il əvvəl - 2007/2008 mövsümündə qeydə alınıb. "Gənclərbirliyi" "sülhsevməzlik" nümayiş etdirib.

Qeyd edək ki, ilk belə seriyaya 1992-ci ildə "Neftçi" imza atıb – 14 qələbə, 1 məğlubiyyət.

Seçilən
50
13
xalqcebhesi.az

10Mənbələr