AZ

Rusiya ordusu Ukraynanın daha bir yaşayış məntəqəsini işğal ETDİ

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Xarkov vilayətindəki Novoplatonovka kəndi Rusiya ordusunun nəzarətinə keçib.

Vətəninfo.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, kənd Oskol çayının sahilində, Xarkov vilayəti ilə qondarma Donetsk Xalq Respublikası (DXR) arasındakı sərhədə yaxın ərazidə yerləşir. Çayın yuxarı hissəsində Kupyansk şəhəri, aşağı hissəsində isə müvəqqəti olaraq Ukraynanın nəzarətində olan İzyum şəhəri yerləşir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Dnepropetrovsk bölgəsindəki Pesçaniyə nəzarətin ələ keçirildiyini açıqlamışdı. Nazirlik bildirir ki, bu bölgədə dərin hücum əməliyyatları bəzi ərazilərdə qondarma DXR-in qərb sərhədlərinə çatdıqdan sonra baş tutub.

Seçilən
123
veteninfo.az

1Mənbələr