AZ

Kral Harri və Meqanı saraya gətirmək istəyir

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Britaniya Kralı III Çarlz xərçəng xəstəliyinin gələn il daha da pisləşməsindən qorxur.

Axşam.az xəbər verir ki, bu səbəbdən o, qarşıdan gələn Miladın onun üçün sonuncu ola biləcəyindən narahatdır. Buna görə də, Britaniya kralı onu xüsusi bir şəkildə - saraydan uzaqlaşdırılan Susseks hersoqları da daxil olmaqla, bütün qohumlarının əhatəsində keçirmək niyyətindədir.

Çarlz Şahzadə Harri və Meqan Marklı son Miladına dəvət etmək istəyir.

İnsyaderlər bunun ailə barışığı üçün son şans olacağını bildirib. Onlar deyirlər ki, Çarlzın düşüncə tərzi son çətin illərdə əhəmiyyətli dərəcədə dəyişib və o, oğlu ilə yenidən görüşmək imkanını nəzərdən keçirib.

Mənbə "Əgər Kral həqiqətən ailəsi ilə vaxt keçirtmək istəyirsə, Şahzadə Harriyə dəvətnamə göndəriləcək. O, nə qədər ki, zamanı var oğlunu geri qaytarmaq niyyətindədir" deyə, bildirib.

Qeyd edək ki, III Çarlza 2024-cü ilin qışında xərçəng diaqnozu qoyulub. Həkimlər ona ictimai tədbirlərdən və digər kral vəzifələrindən çəkinməyi məsləhət görüblər. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
116
axsam.az

1Mənbələr