AZ

Alimlər ağır qaraciyər iltihabının səbəbini müəyyən ediblər

Bakı. Trend:

ABŞ-nin Meyo klinikasının alimləri qocalan “zombi hüceyrələrin”qaraciyərdə piylənmə xəstəliyinin ağır formasının inkişafınısürətləndirdiyini müəyyən ediblər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, elmi araşdırmanın nəticələri “NatureCommunications” nəşrində dərc olunub.

Yaşlanan hüceyrələr orqanizmdə öz funksiyalarını normal şəkildəyerinə yetirmək qabiliyyətini itirir, lakin məhv olmurlar. Onlarzədələnmə və ya stress səbəbindən parçalanmanı dayandırır,toxumalarda toplanaraq iltihaba səbəb olurlar. Bəzi “zombihüceyrələr” ürək-damar xəstəliklərini təşviq edə bildiyi halda,digərləri immun sisteminə yaraların sağalmasına kömək edir və həttaxərçənglə mübarizədə rol oynayır.

Yeni tədqiqatda alimlər aşkar ediblər ki, bu cür hüceyrələrmetabolik steatohepatit zamanı çapıqlaşma və iltihabı daha dagücləndirir. Metabolik steatohepatit qaraciyərin geniş yayılmışxəstəliyidir və piylənmə, şəkərli diabet və ya hepatotoksik təsirəmalik dərmanların qəbulu nəticəsində inkişaf edir.

Tədqiqatçıların sözlərinə görə, yaşlanan hüceyrələrin “enerjistansiyaları” olan mitoxondrilərdə yerləşən mitoxondrial RNTadlanan kiçik molekullar hüceyrənin əsas hissəsinə keçə bilər. Buisə adətən hüceyrə virusla yoluxduqda aktivləşən RIG-I və MDA5 adlıantivirus sensorlarının səhvən işə düşməsinə səbəb olur. Bu haldatəhlükə siqnalı hüceyrənin öz mitoxondrilərindən qaynaqlanır vəətrafdakı sağlam toxumalara zərər verə bilən iltihab “dalğası”nıişə salır.

Seçilən
134
az.trend.az

1Mənbələr