AZ

"Qəbələ"nin futbolçusu cəzalandırıldı

style='margin-bottom:10px;'>

AFFA "Qəbələ"nin futbolçusu İbrahim Sanqareni cəzalandırıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, qurumun İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

28 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasında 15-ci turunda “Kəpəz”lə görüşün 36-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən də İntizam Komitəsi onu 2 oyunluq cəzalandırıb. “Qəbələ” isə 1000 manat cərimə edilib.

Qeyd edək ki, Sanqare bu ilin avqust ayından "Qəbələ"nin formasını geyinir.

Seçilən
138
1
teleqraf.com

2Mənbələr