ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
“Yayılan məlumatlar və ekspert rəyləri çox vaxt qanun layihələrinin özü ilə tam uyğun olmur. Çünki qanuna görə layihələr yalnız Milli Məclisin saytında dərc edilməlidir. Təcrübədə isə media və sosial platformalarda müxtəlif “paketlər”, vergi dəyişiklikləri və digər qanun maddələri haqqında məlumatlar yayıldıqda, ekspertlər buna əsaslanaraq rəy verir, amma bu, düzgün yanaşma deyil. Qanun layihəsini görmədən qərar vermək mümkün deyil”.Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O, bildirib ki, məsələ təkcə məlumatın dəqiqliyi ilə bitmir:“Azərbaycanda məhkəmə sistemi ilə bağlı da ciddi problemlər müşahidə olunur. İnsanlar qanunsuz və əsasız məhkəmə qərarları ilə cəzalandırılır, bəzi şəxslər isə eyni hallarda amnistiya və ya güzəşt imkanlarından faydalanır, digərləri yox. Bu, hüquqi sistemdə bərabərliyin pozulduğunu göstərir”.Vəkil bildirib ki, inkişaf etmiş ölkələrdə belə hallara nadir hallarda rast gəlinir:“Azərbaycanda isə məhkəmə qərarlarının tətbiqində subyektivlik və korrupsiya riskləri yüksəkdir. Qanunun hamı üçün eyni şəkildə tətbiq olunmaması, bəzi şəxslərin hüquqlarının pozulması və ayrı-seçkilik hallarının mövcud olması ciddi narahatlıq doğurur”.Onun sözlərinə görə, yayılan məlumatlar və qanun layihələri ilə bağlı anlaşılmazlıqlar, həmçinin məhkəmə qərarlarının ədalətsiz tətbiqi, hüquqi sistemin şəffaflığı və etibarlılığı barədə suallar yaradır:“Hüquqi qaydaların hamı üçün bərabər tətbiq olunması, sistemin etibarlılığının əsas göstəricisidir”.Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.