AZ

Elektron siqaretləri ən çox təşviq edən qadınlardır

Azərbaycanda elektron siqaretlərin təşviqini aparan qadınlardır. Bunu Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib. 

"Azərbaycanda elektron siqaretlərin təbliğatı və satışı ləğv olunmalıdır. Bu siqaretləri ən çox təşviq edən qadınlardır. Xanımlarımız kifayət qədər bundan istifadə edirlər. Hesab edirəm ki, bunun qadağan olunması yaxşı hal olacaq", - deputat  parlamentin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat həmçinin bildirib ki, elektron siqaretlərin istifadəsi onkoloji xəstəliklərlə ciddi əlaqəlidir və Azərbaycanda onkoloji halların artması bu riskləri daha da aktuallaşdırır.

Deputat qeyd edib ki, məsələ iqtisadi maraqlarla ölçülməməlidir və elektron siqaretlərin satışı və təbliği tam ləğv olunmalıdır. 

Gülnar Nazimqızı 

Seçilən
47
19
anews.az

10Mənbələr