AZ

İran Zəngəzur dəhlizinin gətirəcəyi iqtisadi rifahdan 30 milyon azərbaycanlını məhrum etmək istəyir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Zəngəzur dəhlizinə münasibətdə İranın mövqeyi, düşmənçilik mövqeyidir. Əslində bu, Azərbaycandan daha çox İranın hazırda öz vətəndaşları olan 30 milyondan çox azərbaycanlı ilə düşmənçiliyidir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran Zəngəzur dəhlizinin açılmasını Azərbaycanla İranda yaşayan azərbaycanlılar arasında coğrafi birləşmə kimi düşünür. Bu səbəbdən Əliəkbər Velayəti də, digər İran rəsmiləri də bunu daim özlərinə təhdid hesab edirlər. Amma fakt faktlığında qalır ki, hansı ölkədə yaşamasından asılı olmayaraq Azərbaycan xalqı bir millətdir və bu reallığı heç kəs dəyişə bilməz”.

Bu barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın qorxusu ilk növbədə bundan ibarətdir. “İranın düşmənçiliyi öz vətəndaşları olan azərbaycanlılarla düşmənçilikdir, çünki onları digər soydaşlarından ayrı tutmağa çalışır və Zəngəzur dəhlizinin gətirəcəyi iqtisadi rifahdan 30 milyon azərbaycanlını məhrum etmək istəyir. Bu dəhliz Şərqi Azərbaycan ostanlığından sərhəddən keçəcəkdir və bu dəhliz ətrafında yaranan iqtisadi münasibətlər orada yaşayan azərbaycanlılara rifah gətirəcək”.

Hikmət Babaoğlu

Hikmət Babaoğlu qeyd edib ki, İran bütün İran dövlətinin sənayesini azərbaycanlıların yaşamadığı ərazidə mərkəzləşdirib və qərbi Azərbaycan ostanlığı ərazisinə, Şərqi Azərbaycan Ostanlığı ərazisinə, Zəncana və digər ərazilərə sadəcə istismar gözündən baxır: “İran Zəngəzur dəhlizinin açılmasına da eyni gözlə baxır. Dünyada ikinci elə bir ölkə yoxdur ki, etnik mənsubiyyətinə görə öz vətəndaşlarına düşmənçilik etsin. Bunu ancaq İran edir.

Biz Zəngəzur dəhlizinin açılması üçün addımlar atırıq. İran Amerika Birləşmiş Ştatlarının iradəsinə və Zəngəzur dəhlizini öz iqtisadi maraqları üçün cazibədar görən böyük ölkələrin maraqlarına qarşı gələ bilməz. Zəngəzur dəhlizi açılacaq. Amma əslində belə sərt və pis davranışın arxasında bir həqiqət gizlənir. İranda yaşayan azərbaycanlılar, türklər İranın nə üçün belə etdiyini anlayırlar və İran dövləti öz vətəndaşları qarşısında özünün fars-şovinist siyasətini ifşa etmiş olur”.

Xatırladaq ki, İranın ali rəhbərinin baş müşaviri Əliəkbər Velayəti bildirib ki, Qafqaz üçün nəzərdə tutulan “TRİPP proqramı” mahiyyət etibarilə Zəngəzur dəhlizi layihəsi ilə eynidir. Velayəti qeyd edib ki, Tehran buna qəti şəkildə qarşıdır. Baş müşavir xatırladıb ki, İran əvvəldən Zəngəzur dəhlizinə qarşı olub, çünki Tehran regiondakı sərhədlərin istənilən dəyişdirilməsini rədd edir və öz ətraf təhlükəsizlik mühitinə təhdid yarada biləcək risklərdən ehtiyatlanır.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
97
bizimyol.info

1Mənbələr