AZ

İranın Azərbaycana qeyri-neft ixracı azalıb

Bakı. Trend:

Cari İran ilinin 8 ayı (20 mart -21 noyabr 2025) ərzində İranınAzərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə(21 mart -20 noyabr 2024) müqayisədə dəyər baxımından 15,2%, çəkibaxımından 1,54% azalıb.

Trend bu barədəİranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumatverir.

Statistikaya əsasən, 8 ayı ərzində İranın Azərbaycana qeyri-neftməhsul ixracı 390 milyon dollar dəyərində təxminən 576 min tontəşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranınAzərbaycana qeyri-neft məhsul ixracı 460 milyon dollardan çoxdəyərdə 585 min ton təşkil edib.

Statistikaya görə, İran Azərbaycana əsasən kənd təsərrüfatı vəərzaq məhsulları, eləcə də sənaye, neft-kimya və kimyəvi məhsullarixrac edib.

Qeyd olunur ki, 8 ay ərzində İranın Azərbaycanla qeyri-neftməhsul ticarəti təxminən 398 milyon dollar dəyərində təxminən 580min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü iləmüqayisədə dəyər baxımından 17,6%, çəki baxımından 2,45%azalıb.

Əlavə edək ki, cari İran ilinin 8 ayı ərzində İranın qeyri-neftməhsul ixracı 32,5 milyard dollar dəyərində 88,7 milyon ton təşkiledib. Qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü iləmüqayisədə dəyər baxımından 15%, çəki baxımından 11,4% artıb.

Seçilən
110
az.trend.az

1Mənbələr