AZ

Nura tikinti şirkətlərindən şikayət etdi

"Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1–2 ildən sonra da çıxarış alanda baxırsınız ki, 130 kv aldığın ev əslində 100 kv imiş. Müqavilədə yazdıqlarının heç birinə də əməl etmirlər".

Yenilik.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi tikinti şirkətlərindən şikayət edib. O bildirib ki, şirkətlər ev alınan zaman müqavilədə olanlara əməl etmirlər:
"MTK ilə müqavilə bağlayırsınız, 3–4 il sonra olur MMC, guya əl dəyişir (əslində sadəcə ad dəyişir). Bir probleminiz olanda da deyir ki, binanı mən tikməmişəm. Çox absurd və məntiqsiz hər şeyə reaksiya vermirsiniz, çoxunun da dərdi kim necə geyindi, kiminlə sevişdi və sairdir. Xoşbəxt adamlarsınız, xəbəriniz yoxdur".

Seçilən
50
1
yenilik.az

2Mənbələr