Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 1,001milyon ton kimya sənayesi məhsulları ixrac edilib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda kimya sənayesi məhsullarınınixracından əldə olunan gəlir 301,7 milyon ABŞ dolları olub.
Sözügedən məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədəhəcm ifadəsi ilə 13,4 min ton və ya 1,3% azalıb, dəyər ifadəsi ilə36,1 milyon ABŞ dolları, yaxud da 13,6% artıb.
Kimya sənayesi məhsullarının ixracı cari ilin 11 ayının ixracınanisbətən 1,29%-ni, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə9,10%-ni təşkil edib.
Bu ilin 11 yında kimya məhsullarından 85,5 milyon ABŞ dollarıdəyərində 387,7 min ton metanol (metil spirti) ixrac edilib. Bu isəötən ilin eyni dövrü ilə müqayisəə dəyər baxımından 9,4 milyon ABŞdolları və ya 9,9%, həcm ifadəsində isə 53,3 min ton və ya 12,1%azdır.
Metanol ixracı cari ilin 11 ayının ixracının 0,37%-ni,qeyri-neft sektoru üzrə ixracının isə 2,58%-ni təşkil edib.
Bundan başqa, dövr ərzində kimya məhsullarından 163,4 milyon ABŞdolları dəyərində 521 min ton azot gübrəsi ixrac edilib ki, bu daötən ilin ilk 11 ayındakı göstərici ilə müqayisədə dəyər ifadəsində50,6 milyon ABŞ dolları və ya 44,9%, həcm baxımından isə 9,4 minton və yaxud 1,8% çoxdur.
Azot gübrəsi ixracı cari ilin 11 ayının ixracına nisbətən0,70%-ni, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 4,93%-nitəşkil edib.