AZ

Saakaşvili Aşqabad səfəri barədə: Məni türkmənbaşının qızıl unitazlı iqamətgahında yerləşdirdilər

BAKI, 16 dekabr. TELEQRAF

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Baş nazir İrakli Kobaxidzenin Türkmənistana səfərinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

Sabiq prezident Gürcüstan Baş nazirinin dekabrın 12-də beynəlxalq konfrans üçün getdiyi Aşqabadda qarşılanmasını “kabus” adlandırıb.

“Aşqabad kabusu Türkmənistana səfərimi yadıma saldı. Türkmənbaşının (Saparmurat Niyazov) ölümündən sonra hakimiyyətə gələn indiki rəhbərin (Qurbanqulu Berdiməhəmmədov) prezident kimi andiçmə mərasiminə getmişdim.

Təxminən on dövlətin lideri iştirak edirdi (Rusiya Narişkin səviyyəsində təmsil olunmuşdu). Ən yaxşı qarşılanan mən oldum, məni türkmənbaşının qızıl unitazlı iqamətgahında yerləşdirdilər, türkmənbaşının maşını ilə gəzdirirdilər.

Niyə mənə belə xüsusi münasibət göstərirdilər? Çünki mən onların gözündə ABŞ prezidentinin dostu, avropayönlü inteqrasiyanın simvolu idim”, - Saakaşvili qeyd edib.

Seçilən
108
teleqraf.com

1Mənbələr