AZ

Qərbdəki aktivləri dondurulmuş Rusiya bu gün elə bir vəziyyətdədir ki, hamı ondan nəsə qopartmaq istəyir

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

"Əgər Avropa Birliyi Qərbdə dondurulmuş Rusiya aktivlərini müsadirə etmək qərarına gələrsə, Macarıstan Avropa Birliyi Ədalət Məhkəməsinə iddia qaldıracaq". Macarıstanın Baş naziri Viktor Orban bu barədə danışıb. Viktor Orban 18-19 dekabr tarixlərində Brüsseldə keçiriləcək Avropa Birliyinin sammitində Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxacağını təsdiqləyib. “Bu addım Avropa Birliyi qanunvericiliyinin prinsiplərini pozur"-deyən Orban bildirib ki, qərarı səs çoxluğu ilə tələb edəcək.

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Orban ortaya mövqe qoyub, özünü Ərdoğan, Putin, Makron kimi aparmaq istəyir, yəni böyük liderlər kimi aparmaq istəyir: “Macarıstan orta dövlətdir, böyük olmaq istəyir. Orban mövqeyi olan siyasətçilərdən liderlərdəndir. Bəzən deyirlər ki, “Roma papasından çox katolik olmaq”. Bizdə də var elələri. Məsələn; ukraynalılar Zelenskini heç o qədər sevmir, bizimkilər onlardan daha çox sevir. Gürcülər Saakaşvilini o qədər sevmir, bizimkilər onlardan daha çox sevgi göstərir. Yəhudilər heç İsraili o qədər müdafiə eləmir, bizimkilər edir. Bu gün də Belçika Macarıstana cavab verir ki, "sən öz ÜDM-nə bax, sonra mənə bax", "sən Rusiyadakı inkişafa bax, Belçikadakı inkişafa bax". İnkişaf baxımından, iqtisadi-sosial rifah baxımından Belçika Macarıstandan da, Rusiyadan da üstün dövlətdir. Orbanın bu ifadəsi də "papadan çox katoliklik etmək" idi”.

Əhəd Məmmədli

“Rusiyanın Belçikada nə qədər aktivi var ki? Belçika Rusiyaya qarşı bu addımı atsa, sanksiyalar baxımından, aktivlərin dondurulması məsələsi, müsadirə... Nə olacaq ki? Rusiyaya bunun nə təsiri var ki? Görünür, Orban bu sözləri sırf Putinə xoş gəlmək üçün deyib, yəqin Putindən qazı daha ucuz almaq istəyir. Rusiya bu gün elə bir vəziyyətdədir ki, hamı Rusiyadan nəsə qopartmaq istəyir. Orban ordan, Çin burdan...”-deyən politoloq qeyd edib ki, bu Putinin xoşuna gəlmək üçün deyilən sözlərdir.

“Diktatorlar sevirlər axı, belə xoş sözləri. Sadəcə Orban Rusiyadan daha ucuz qaz almaq üçün Rusiyaya qarşı bu addımları jestləri edir”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
icma.az

1Mənbələr