Aktual.az xəbər verir ki, məsələ ilə bağlı "Qarabağ" klubundan Oxu.az-a açıqlamada "Botafoqo" komandasından braziliyalı yarımmüdafiəçi ilə bağlı hər hansı rəsmi təklif göndərilmədiyi bildirilib.
Xatırladaq ki, Pedro Bikalyo "Qarabağ"a bu ilin yay transfer pəncərəsində "Palmeyras"dan qoşulub. Onun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədərdir.