AZ

Mərdan Camalov Zərdabda yolları belə təmir etdirir –Bir ailə şirkətinə

[center]Mərdan[/center]

Zərdab rayon İcra Hakimiyyəti Zərdab şəhəri, Zərdabi küçəsində (Xətai küçəsi ilə kəsişməsindən D.Qorqud meydanına qədər) yolun əsaslı təmir işlərinin satın alınması üzrə 30.09.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZYOLİNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 240.933,93 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 15.12.2025-ci ildə dərc edilib.

Zərdab rayon İcra Hakimiyyətinin tenderin qalibi seçdiyi şirkət ətrafında araşdırma apardıq.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZYOLİNŞAAT” (VÖEN: 5300027211) Məhdud Məsuliyyətli Cəmiyyətinin 9 saylı Ərazi Vergilər İdarəsində 29.10.2004-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı ZƏRDAB RAYONU, ZƏRDAB ŞƏHƏRİ, ZƏRDAB-UCAR MAGİSTRALI, qanuni təmsilçisinin isə Soltanov Yaqub Usub oğlu olduğu qeyd edilib.

Açıq mənbələrdə isə “AZYOLİNŞAAT” MMC-nin qanuni təmsilçisi Yaqub Soltanov haqqında daha geniş məlumatlar var. Məsələn Zərdab Rayon Dəliquşçu kənd Sakini İmaməliyev Natiq Yaqub oğlu sosial şəbəkələrdə Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev ünvanladığı müraciətdə yazır ki, sizlərə məlum edirəm ki, Zərdab rayon 39 saylı Yol İstismar İdarəsinin sabiq müdürü Guloğlan müəllimin dövlət idarəsinə gəldiyi gündən geniş korrrupsiya yaradaraq dövlətimizin büdcəsinə külli miqdarda zərbə vuraraq işindən yayınmışdır.Belə ki, Yol İdarəsinin müdirü Guloğlan məllim və onun buxaltrı İlham, Asfalt Zavodun müdirü Soltanov Rauf hər üçü birləşərək dövlətimizin büccəsini talamaqla məşğuldurlar.

Çox Hörmətli Prezdent birdənə İdarədə salamat texnika yoxdur hətta təkərlərinə qədər satıblar. Bununla da 20 işçini bir maşına şofer götürüblər. Bu bir dəhşətdir. Asfalt Zavodun müdürü Soltanov Rauf asfaltı Zərdab rayonunda obyektlərin qarşısını asfaltlayanda və yaşayış məhlələrinə satanda Guloğlan məllim hara baxırdı.

Zərdab rayon sakini tərəfindən ölkə başçısna olunan şikayətdən də göründüyü kimi “AZYOLİNŞAAT” MMC-nin qanuni təmsilçisi Yaqub Soltanovun oğlu Zərdabda Asfalt Zavodun müdiridir. Belə çıxır ki, Zərdab Rayon İcra Hakimiyyəti Zərdab şəhərində küçələrin təmirini bir ailə şirkətinə verib.

Bu hələ hamısı deyil. Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyəti 28.10.2024-cü ildə Zərdab şəhəri Heydər Əliyev prospektin yolların əsaslı təmiri işlərinin satınalınması üzrə “39 №-Lİ YOL İSTİSMARI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 139.893,48 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, 39 saylı Yol İstismarı İdarəsinin rəisi Güloğlan Əliyev ötən vəzifəsindən azad edilib. Onun yerinə təyin olunmuş Aydın Cəfərov isə qanunsuz karxanalar işlədir.

Çox güman ki, “AZYOLİNŞAAT” MMC-nin qanuni təmsilçisi Yaqub Soltanovun oğlunun Asfalt Zavodu da bu karxanalarda qanunsuz istismar edilən çınqıldan istifadə edir.

Göründüyü kimi Zərdab Rayon İcra Hakimiyyəti Zərdab şəhərində küçələrin təmirini rayonda dost münasibətində olan şəxslərə həvalə edib ki, bu da keçirilmiş tenderlərin formal olduğunu deməyə əsaslar verir.

Qeyd edək ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. O, 2005–2019-cu illərdə isə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı olmuş, 12 noyabr 2019-cu ildən Zərdab rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Ümid edirik ki, Mərdan Camalov Zərdab şəhərində küçələrin təmiri ilə əlaqədar keçirilmiş tenderlərdə yol verilən şübhəli məqamlara, rayondakı vəzifəli şəxslərin şirkətləri ilə bağlanan müqavilələrin pərdəarxasına aydınlıq gətirəcək.(aktualinfo.org)

Seçilən
24
8
yenisoz.az

9Mənbələr