AZ

Türkiyə klubunda yeni təyinat

Türkiyənin elitasında çıxış edən bir klubda yeni məşqçi təyinatı reallaşıb. ''Gənclərbirliyi'' nəhayət, məşqçi ilə bağlı seçimini edib.

Xatırladaq ki, paytaxt təmsilçisi 15-ci turda ''Fatih Karagümrük''ü 3:0 məğlub etsə də, baş məşqçi Volkan Dəmirəl rəhbərlik səviyyəsində baş tutan dəyişiklik üzündən oyundan sonra istefa verdiyini açıqlamışdı.

Ankara klubu Mətin Diyadin ilə anlaşıb. Klubun bu təyinatla bağlı rəsmi paylaşımında ''evinə xoş gəldin Mətin Diyadin'' ifadəsi yazılıb. Son olaraq birinci liqa təmsilçisi ''İğdır''ı çalışdıran və ötən ilin martından bu yana işsiz olan Diyadin daha öncə iki fərqli dönəmdə ''Gənclər''i çalışdırıb. Hazırda 15 xalla 13-cü pillədə qərarlaşan ''Gənclər'' Diyadinin debüt oyununda həftəsonu ''Trabzonspor''la qarşılaşacaq.

Məşqçi mövzusundan söhbət düşmüşkən deyək ki, Burak Yılmazın sürpriz istefasından sonra ''Qaziantep'' hazırda məşqçi axtarışındadı.

Seçilən
125
football-plus.az

1Mənbələr