Xəbər verdiyimiz kimi, “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 min nəfəri əhatə edəcək amnistiya aktı elan olunacaq.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Qanuna uyğun olaraq, kimlərə amnistiyanın tətbiq edilməyəcəyi də müəyyənləşib.
Bu məqamda amnistiya aktının həbsdə olan sabiq məmurlara şamil edilib-edilməyəcəyi də müzakirə olunan məsələlərdəndir.
Lakin qanuna uyğun olaraq, hazırda həbsə olan sabiq məmurlara amnistiya düşməyəcəyi aydınlaşır.