ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Ermənistanla Asiya İnkişaf Bankı arasında “Dayanıqlığın yaxşılaşdırılması və gücləndirilməsi üçün mənzil islahatları” proqramına dair layihə əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan təqdim edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
D.Xaçatryan vurğulayıb ki, proqramın məqsədi Ermənistanda davamlı, dayanıqlı və inklüziv mənzil sisteminin inkişaf etdirilməsi, Qarabağ ermənilərinin sosial-iqtisadi inteqrasiyasına və rifahının yaxşılaşdırılmasına dəstək verməkdir.
“Vətəndaş Müqaviləsi” fraksiyasından Babken Tunyan nazir müavininə sual ünvanlayıb:
“Qarabağdan köçmüş ermənilər proqramdan yararlanmaq üçün Ermənistan vətəndaşlığı almalıdırlar. Son dövrlərdə Ermənistanın bir çox insana vətəndaşlıq və şəxsiyyət vəsiqəsi verməkdən imtina etdiyi barədə xəbərlər yayılır. Bunu necə şərh edərdiniz?”
Nazir müavini bildirib ki, indiyədək 26 min 233 “artsax” sakini Ermənistan vətəndaşlığı alıb:
“Yayılan xəbərlərə gəlincə, bu məlumatlardan xəbərim yoxdur. Belə bir problemin olduğunu ilk dəfədir eşidirəm”.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.