AZ

Deputatlar amnistiya aktının müzakirəsinə TOPLAŞIRLAR

ain.az, Modern.az portalına istinadən məlumat verir.

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi bu həftə müzakirəyə çıxarılacaq.

Modern.az-ın məlumatına görə, dekabrın 19-da keçiriləcək Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilən məsələlərdən biri də “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması ilə bağlı qərar layihəsinin müzakirəsidir.

Qeyd edək ki, dekabrın 15-də Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
5
modern.az

6Mənbələr