Dəfnə yarpağından hazırlanan dəfnə çayının sağlamlığa faydalı olduğu qeyd olunur.
Pravda.az bildirir ki, tərkibində A, B qrupu və C vitaminləri olan bu çay xüsusilə sindirim sisteminin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Dəfnə çayının həzm sistemini gücləndirdiyi, bədəndə iltihabı azaltdığı və soyuqdəymə əlamətlərini yüngülləşdirdiyi bildirilir. Eyni zamanda baş ağrısı və miqreni azaltmağa, stresi aradan qaldırmağa və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Çayın tənəffüs yollarını rahatlatdığı, oynaq ağrılarını azaltdığı və xolesterinin balanslanmasına dəstək olduğu da qeyd olunur.
Mütəxəssislər dəfnə çayının gündə 1–2 fincan içilməsini tövsiyə edir. Həddindən artıq istifadənin mədə narahatlığı və digər yan təsirlərə səbəb ola biləcəyi vurğulanır.
Dəfnə çayı bir neçə qurudulmuş dəfnə yarpağının üzərinə qaynar su əlavə edilərək 5–10 dəqiqə dəmlənməklə hazırlanır. İstəyə görə bal və ya limon əlavə edilə bilər.
Əminə Bayramova