AZ

"Borussiya"da gözlənilməz qərar

Dortmund "Borussiya"sının hücumçusu Karim Adeyemi klub rəhbərliyə klubdan ayrılmaq istədiyini deyib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" nəşri yayıb. 

Məlumata görə, Adeyeminin bu qərarında şəxsi səbəblər mühüm rol oynayır. Bildirilir ki, Nigeriya əsilli futbolçunun sevgilisi Dortmundda yaşamaq istəmir və Avropanın daha böyük şəhərlərində həyat qurmağa üstünlük verir. 

Qeyd edək ki, 23 yaşlı futbolçu son mövsümlərdə “Borussiya"nın əsas oyunçularından biri olub və onun mümkün transferi artıq Avropa klublarının diqqət mərkəzindədir.

Kamil Xudiyev

Seçilən
104
fanat.az

1Mənbələr