AZ

Bu ölkədə güclü yağışlar səbəbilə ölənlərin sayı 1030 a yüksəldi

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

İndoneziyada güclü yağışlar səbəbilə həyatını itirənlərin sayı 1030-a yüksəlib.

BAKU.WS xəbər verir ki, ölkənin Sumatra adasında şiddətli yağışlar selə səbəb olub, nəticədə torpaq sürüşməsi yaranıb və xeyli vətəndaş həlak olub.

206 sakinin isə itkin düşdüyü, taleyinin bəlli olmadığı qeyd edilib.

İndoneziya prezidenti Prabovo Subianto açıqlamasından bildirib ki, təbii fəlakətin vurduğu ziyanı aradan qaldırmaq üçün maksimum 3 ay vaxt lazımdır.

Bu səbəbdən Sumatra adası yerləşən əraziyə 1000 ədəd ağır texnika və maşınlar cəlb edilib.

Onlar hazırda ərazini əvvəlki görünüşünə qaytarmağa çalışırlar.

Hər gün 60 helikopter bölgədəki sakinlərə yardım paylayır. İndoneziyanın hökümət nümayəndələri təbii fəlakətdən əziyyət çəkənlər üçün 2000 sığınacağın yaradılacağını bildiriblər.

Dəymiş zərəri aradan qaldırmaq üçün isə təxminən 3 milyard dollar vəsaitə ehtiyac var. Lakin bu da hələ yekun məbləğ deyil.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
138
1
baku.ws

2Mənbələr